Polşada fəallar Rusiya səfirinə əklil qoymağa imkan vermədilər

Ukraynalı və ukraynapərəst fəallar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə bu gün Polşa paytaxtında Qırmızı Ordu əsgərlərinin abidəsi önünə əklil qoymağa imkan verməyiblər.

Azpost.info xəbər verir ki, memorialın yerləşdiyi kiçik qəbiristanlıqda bir neçə yüz nəfər səfiri gözləyirdi. “Raşistlər!” deyə qışqıran insanlar səfiri və onu müşayiət edənləri mühasirəyə alıb, onları memoriala getməyə qoymayıblar. Qarşıdurma olsa da, səfir xəsarət almayıb. Sonda səfir getməyə məcbur olub, lakin deyib ki, daha sonra qayıtmağa və əklil qoymağa cəhd edəcək.

Ötən il mayın 9-da Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq Rusiyanın Polşadakı səfirinin üzünə qırmızı boya atmışdırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.