Gürcüstan Baş naziri Putinin vizasız rejim qərarına qarşı çıxanları tənqid edib

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ölkəsi ilə Rusiya arasında hava əlaqəsinin bərpasına və Moskvanın gürcülər üçün vizasız rejim yaratmaq qərarına mənfi reaksiya verənləri tənqid edib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bütün tənqidçilər özləri dövlət vətəndaşlarına başqa ölkələrdə vizasız rejim verə və ora birbaşa uçuşlar təşkil edə bilərlər.

“Kimlərsə Rusiyadan reyslərin təyin edilməsini və ya vizasız rejimi bəyənmirlərsə, onlar özləri vətəndaşlarımız üçün ABŞ, Çin və digər ölkələrdən birbaşa reyslər aça, vizasız tejim tətbiq edə bilərlər,”, – Qaribaşvili qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.