Ukrayna Prezidenti Vladimir Zelenski mayın 19-da Xirosimada başlayacaq G7 sammitində onlayn olaraq iştirak edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən “Kyodo” agentliyi yazıb.
Ukrayna prezidenti G7 ölkələrinin liderləri ilə müzakirə aparmağı planlaşdırır.
Sammit mayın 21-dək davam edəcək.
Azpost.info