“Çin və Rusiya əməkdaşlığı güclüdür, böyük potensiala malikdir”- ÇİN XİN

Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Rusiyanın Baş naziri Mixail Mişustinin Çinə səfərini şərh edərkən deyib.

“Ən böyük qonşular və əsas inkişaf etməkdə olan bazar ölkələri olan Çin və Rusiya arasında əməkdaşlıq güclüdür və böyük potensiala malikdir”, – Van Venbin deyib.

O qeyd edib ki, Mişustinin Çinə səfəri zamanı tərəflər əməkdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar.

Venbin əlavə edib ki, Pekin Rusiya Baş nazirinin Çinə səfərinin dünya iqtisadiyyatının bərpasına güclü təkan verəcəyinə ümid edir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.