“Baxmutda dağıntıları Ağ Ev törədib” –Rusiya XİN

Rusiya XİN Ukrayna prezidenti Zelenskinin Baxmutdakı hərbi əməliyyatı Xirosimanın bombalanması ilə müqayisə etməsinə cavab verib.

Azpost.info bildirir ki, XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, hər iki halda bu vəziyyətin yaranmasında günahkar Ağ Evdir.

Qeyd edək ki, G7 sammitində çıxış edən Zelenski hər iki şəhərin dağıntılarını bu formada müqayisə edib.

“Beləsinə “afərin” düşür. Məlumdur ki, hər iki halı Ağ Ev törədib”-deyə Zaxarova telegram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Vagner” dəstələrinin hucumu nəticəsində Baxmutun azad edilməsi əməliyyatı başa çatıb.

Putin “Vaqner”çiləri və hərbçiləri təbrik edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.