Makron vasitəçilik etdi, Zelenski görüşə gəlmədi- Açıqlama

Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Braziliya prezidenti Luiz İnasio Lula da Silva  ilə planlaşdırılan görüşə gəlməyib.

Azpost.info xəbər verir ki, bunu Braziliya lideri bildirib.

“Ukrayna ilə ikitərəfli görüş planlaşdırılırdı. Gözlədik və gecikmələri ilə bağlı məlumat aldıq. Bu arada mən Vyetnam prezidentini qəbul etdim. Vyetnam prezidenti gedəndə Ukrayna tərəfi gəlmədi. Görünür, fərqli bir görüşü olub”, – Silva bildirib.

Braziliya lideri məyus olmadığını, sadəcə Ukrayna prezidenti ilə görüşə bilmədiyi üçün kədərləndiyini deyib: “Zelenski yetkin biridir, nə etdiyini bilir”.

O, həmçinin bildirib ki, hərbi münaqişəni həll etmək üçün Ukrayna və Rusiyaya getməyə hazırdır, lakin nə Zelenski, nə də Rusiya prezidenti Vladimir Putin sülhü müzakirə etmək istəyir.

FT mənbələrə istinadən yazıb ki, Zelenski ilə görüşməyi Silvadan Fransa prezidenti Emmanuel Makron xahiş edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.