“Belqorodda baş verənləri maraqla izləyirik”- PODOLYAK

Prezident Zelenskinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində diversiyada iştirakını təkzib edib.

Azpost.info xəbər verir ki, Podolyak “Tviter”də Kiyevin davam edən toqquşmanı maraqla izlədiyini yazıb.

“Ukrayna Rusiyanın Belqorod vilayətində baş verənləri maraqla izləyir və vəziyyəti öyrənir, lakin bununla heç bir əlaqəsi yoxdur. Tanklar Rusiyanın istənilən hərbi mağazasında satılır və partizan dəstələri Rusiya vətəndaşlarından ibarətdir”, – Podolyak bildirib.

Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov təsdiqləyib ki, Rusiya Könüllülər Korpusunun və Rusiyanın Azadlığı Legionunun döyüşçüləri Belqorod vilayətinə daxil olub. Hər iki təşkilat Rusiyada terror təşkilatı kimi tanınır və fəaliyyətləri qadağandır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.