Niderland Kiyevə F-16 qırıcıları verən ilk ölkə olacaq

Böyük ehtimalla, Niderland Kiyevə F-16 qırıcıları bağışlayan ilk ölkə olacaq.

Azpost.info xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak “Politico”ya bildirib.

Niderland Müdafiə Nazirliyinin sözçüsü qəzetə bildirib ki, hazırda istismara hazır 24 F-16 var.

Onun sözlərinə görə, qırıcılar 2024-cü ilin ortalarına qədər istifadə olunacaq, bundan sonra onlar başqa məqsədlər üçün, o cümlədən satış üçün əlçatan olacaq.

Qeyd edək ki, bir sıra ölkələr, o cümlədən Polşa ukraynalı pilotlara F-16-larla bağlı təlim keçib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.