Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb

User 24 May 2023 - 13:44 (Last updated: 21 May 2025 - 20:15)
seyx dini icma01

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan 28 May – Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.

Müstəqillik dövlətini, torpağını və bayrağını şərəfi kimi qoruyub saxlayan hər bir millətin müqəddəs amalıdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini yaşayır. Biz din xadimləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin şahidiyik, ölkədə apardığınız genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürüdür. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığına hörmət müdrik siyasətin nümunəsi kimi dünya miqyasında yüksək qiymətləndirilir.

Bu siyasətin təməli müstəqil dövlətçiliyimizin qurucusu, bu il 100 illik yubileyini böyük ehtişamla qeyd etdiyimiz görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Zati-alinizin səyləri ilə uğurla davam etməkdədir. Məhz Sizin sayənizdə müstəqil Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda layiqincə təmsil olunur, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən dünya dinləri nümayəndələrinin təmsil olunduqları ali məclislər – MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorçuluq, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda dünyaya təqdim etdiyimiz multikulturalizm modeli və mədəniyyətlərarası dialoq çağırışları müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.

Biz din xadimləri fəxr edirik ki, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfərin şahidi olmuşuq. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan edilməsi – bunların hamısı Zati-alinizin yenilməz nüfuzunun və əzminin göstəricisidir. Biz bu səbəbdən Azərbaycan dövlətinin gələcəyinə böyük inamla, ümidlə baxırıq və Zati-alinizin tövsiyəsi, Azərbaycan dövlətinin dəstəyi ilə Türk Dövlətləri Təşkilatı nəzdində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının yaradılmasını siyasi və ictimai baxımdan böyük nailiyyət hesab edirik.

Zati-aliləri, fürsətdən istifadə edərək, 28 May – Müstəqillik Günü ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, dövlət müstəqilliyimiz əbədi qalacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır!

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol

prefekturasının ordinarisi,

Aleksandr Şarovskı

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri”.

Post navigation

Previous: “Erməni Qarabağda da, Beyrutda da yaşayır, əsas dövlət maraqlarıdır” dedi-
Next: İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.