Rusiya İsveçin 5 diplomatını ölkədən qovur- Baş konsulluğu bağlayır

Rusiya İsveçin 5 diplomatını ölkədən qovur.

Azpost.info xəbər verir ki, İsveçin Moskvadakı səfiri Malena Mard Rusiyaya qarşı qarşıdurma kursuna görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona beş İsveç diplomatının “persona non-qrata” elan edildiyi barədə məlumat verilib.

Rusiya həmçinin 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Rusiyanın Göteborqdakı Baş Konsulluğunun da fəaliyyətinə xitam verilir.

Rusiya XİN ölkənin İsveçdəki xarici nümayəndəliklərinin beş əməkdaşının ölkədən çıxarılmasını Stokholmun açıq-aşkar düşmən addımı kimi qiymətləndirdiyini bildirib.

“İsveç hakimiyyətinin hərəkətləri aşağı səviyyədə olan ikitərəfli münasibətlərdəki vəziyyəti daha da gərginləşdirib”, – Rusiya XİN qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.