Şuşaya əhalinin köçürülməsinin vaxtı açıqlandı

“Böyük qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş sakinlərin Şuşaya qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq 23 yaşayış binasının tikintisinə start verilib.

“APA-Economics” xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə işçi qrupunun Şuşa şəhərində keçirilən növbəti iclası zamanı Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçi Kənan Quliyev deyib.

Kənan Quliyev bildirib ki, qeyd olunan yaşayış binaları 450 mənzili əhatə edəcək.

Onun sözlərinə görə, 2023-cü ilin sonlarından etibarən 1 500 nəfərin Şuşaya köçürülməsi nəzərdə tutulur.

Əvvəlki məqalə

“Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır” –

Sonrakı məqalə

Rusiya İsveçin 5 diplomatını ölkədən qovur