Avropa İttifaqının Azərbaycan və Ermənistan liderləri ilə birgə SAMMİTİ –31 MAYDA

Avropa İttifaqı Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz, həmçinin Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa Siyasəti çərçivəsində “böyük görüş”ə hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə TASS Avropa İttifaqının yüksək vəzifəli şəxsinə istinadən məlumat yayıb.

Görüş Kişinyov sammitində baş tutacaq.

Mən təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və kansler Şolzla böyük görüş olacaq. Bu görüşə səylə hazırlıq görürük, bizim üçün böyük bir işdir”.

Xatırladaq ki, mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan, Azərbaycan və Avropa Şurası başçıları 31 mayda Kişinyovda görüşmək barədə razılığa gəliblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.