“Pensiya azdır, ona görə heç kim təqaüdə çıxmaq istəmir, biabırçılıqdır” –NATİQ CƏFƏRLİ

“Ölkədə tez-tez təqaüd yaşı məsələsi müzakirə edilir, halbuki bu ikinci dərəcəli məsələdir. Əsas məsələ təqaüdün az olmasıdır”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli dövlət qulluqçuları üçün yaş həddinin artırılması təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, buna görə də bizdə insanlar təqaüd yaşının artmasından narahat deyil. Əksinə, bir çoxu pensiyaya daha gec çıxmaq istəyirlər. Ççünki maaşlar təqaüddən 2-3 dəfə çoxdur.
“Bütün dünyada hökumətlər təqaüd yaşını artırmaq istəyəndə insanlar küçələrə çıxır, etiraz edirlər. Bizdə isə, əksinə, deputatlara müraciət edirlərlər ki, təqaüd yaşını 70-75 yaşadək artırsınlar. Bu ölkə üçün utancverici haldır. Vətəndaş təqaüdə çıxmaq istəmir. Orta təqaüd bizdə 423 manatdır, 900 mindən çox təqaüdçü 300-350 manat arası pensiya alırlar”.
N. Cəfərlinin fikrincə, 600-800 manat maaş alan müəllim üstəlik repetitorluqdan qazanır: “Təqaüdə çıxsa 350 manat alacaq. Ona görə də ayağı yer, əli qələm tutana qədər işləmək istəyir ki, heç kimə yük olmasın. Bunu bizim bəzi deputatlar utanmadan fəxrlə, “camaat işləmək istəyir”, kimi təqdim edirlər. Problemin kökü məhz budur, yaş ikinci dərəcəli məsələdir”.
Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.