Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qırğızıstanda çevriliş hazırlayan şəxs prezidentin silahdaşı olub

User 06 İyun 2023 - 12:04 (Last updated: 21 May 2025 - 20:15)
992x496

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi iyunun 5-də hakimiyyətin zorakılıqla ələ keçirilməsinə hazırlıqda şübhəli bilinən şəxslərin saxlanması ilə bağlı bəzi detalları açıqlayıb.

Azpost.info xəbər verir ki, Komitə bildirir ki, bir qrup şəxs öz sıralarına tərəfdarların cəlb edilməsi və ölkə üzrə ən çox narazı olan vətəndaşların sıraya cəlb edilməsi istiqamətində il boyu məqsədyönlü iş aparıb.

Dövlət Komitəsinin məlumatına görə, əsas təşkilatçı və ideoloji ilhamverici şəxs “Eldik Keneş” siyasi partiyasının sədri N. R. S.-dir.

İstintaq hesab edir ki, məlum dəstəyə cəmiyyətin müxtəlif təbəqələrindən və ölkənin müxtəlif bölgələrindən olan 100-dən çox insan cəlb olunub, onların arasında konkret tapşırıqları olan rollar aydın şəkildə bölüşdürülüb. Bu şəxslər hər hansı hadisə ilə bağlı cəmiyyətdə narazılıq yaranandan dərhal sonra öz cinayətkar planlarının həyata keçirilməsinin aktiv mərhələsinə başlamaq niyyətində olublar.

O da qeyd olunur ki, iyunun 5-də bu qrupun 30-dan çox üzvü Dövlət Komitəsinə gətirilib, N.R.S və onunla əlbir olan daha 4 nəfər saxlanılıb. Saxlanılanların hamısı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Qırğızıstan Ədliyyə Nazirliyinin məlumatına görə, “Eldik Keneş” partiyasının lideri Roza Sarlıkovna Nurmatovadır.

Açıq mənbələrin məlumatına görə, Nurmatova 2012-ci ildə o vaxtkı “Joqorku Keneş” deputatları Sadır Japarov (hazırda Qırğızıstan prezidenti) və Kamçıbek Taşiyevin (hazırda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri) təşkil etdiyi mitinqdə iştirak edib. 2012-ci ildə o, Sadır Japarov və Kamçıbek Taşiyevin tərəfdarlarının qərargahına da rəhbərlik edib.

İyunun 5-də səhər saatlarında məlum olub ki, Bişkekdə hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin kütləvi həbsləri həyata keçirilib. İnternetdə saxlama əməliyyatının videogörüntüləri yayılıb.

Azpost.info

 

Post navigation

Previous: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Next: Şuşada kulinariya günləri keçiriləcək

Oxşar xəbərlər

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.