Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

İyunun 5-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Qarabağın bərpasına ayrılan 3 milyardın 60 faizi istifadə olunub –

Sonrakı məqalə

Qırğızıstanda çevriliş hazırlayan şəxs prezidentin silahdaşı olub