ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olacaq.
Azpost.info xəbər verir ki, Pens namizədliyini irəli sürdüyünü “Tviter”də açıqlayıb.
O, Co Baydeni ölkəni həm daxildə, həm də beynəlxalq səviyyədə zəiflətməkdə ittiham edib.
“Kənarda qalmaq olardı. Amma mən belə tərbiyə görməmişəm. Beləliklə, bu gün Allah və ailəm qarşısında ABŞ prezidentliyinə namizədliyimi elan edirəm”, – Pens bildirib.
Azpost.info
