Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mərhum şair Alim Məhərrəmlinin kitabı çap olunub

User 29 İyun 2023 - 18:30 (Last updated: 21 May 2025 - 20:15)
1

Mərhum nakam istedadlı şair, publisist, tərcüməçi Alim Məhərrəmlinin yaradıcılığının əsas komponentlərini ehtiva edən yeni kitabı çap olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbəəsində nəfis tərtibatda işıq üzü görən “Hardasan, evi tikilmiş…” adlı kitabda nakam təkrarsız şairimizin şeirlərindən, tərcümələrindən ibarət yaradıcılıq məhsulları toplanılıb. Şairin özünün taleyi kimi taleyi qəribə olan kitab mərhum Xalq şairimiz Musa Yaqubun onun haqqında zamanında audivizual şəkildə səsləndirdiyi, şərti adı “Kədərli xatirələrdəki Alim” kimi xarakterizə olunan fikirləri ilə açılır. Kitabın ikinci ön sözü Alimin ən yaxın dostu, dünyamızdakı son gününə qədər onun qayğısını çəkən Məhəmmədhaqqı Ağayevin “Dərviş ruhlu Alim rahatlığını tənhalıqda tapırdı” yazısı ilə davam edir.

Jurnalist-publisist Nəzirməmməd Zöhrablının redaktorluğu və bədii tərtibatı ilə işıq üzü görən “Hardasan, evi tikilmiş…” kitabı “Kimim var Allahdan özgə!..”,  “Vətən harayı” və “Sətirlərdə donan sevgi…” adlı üç hissəli şeirlərdən, Alim Məhərrəmlinin müxtəlif məzmunlu tərcümələrindən, nakam istedadlı şairimizin özü, təkrarsız yaradıcılığı haqqında düşüncə adamlarının, həmkarlarının qələmə aldıqları, söylədikləri dəyərli fikirlərdən ibarət “Dünyamızdan Alim keçdi…” adlı xüsusi bölümdən və s. ibarətdir.

“Hardasan, evi tikilmiş…”-in tərtibatçısı Məhəmmədhaqqı Ağayev, üz cildinin rəssamı Niyal Abbasquluzadə, korrektoru Firdovsi Quliyev, dizayneri Nicat Qasımovdur.

Xatırladırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, dərin məzmunlu, təkrarsız üslublu yaradıcılıq məhsulları ilə zəngin “Hardasan, evi tikilmiş…” Alim Məhərrəmlinin ikinci kitabıdır. Şairin “…Səni də öyrətdim ayrılıqlara” adlı ilk şeirlər kitabı özünün sağlığında – 2000-ci ildə çapdan çıxmışdır.

Post navigation

Previous: Ölkədə çörəyin qiyməti buğdanın qiymətinə adekvat deyil –
Next: ABŞ-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü başlayıb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.