Hitlerin bunkerdə son günlərini görən qadın öldü-FOTO

Nasist Almaniyasının son günlərinin şahidi olan Yohanna Ruf 94 yaşında dünyasını dəyişib. O, Adolf Hitlerin bunkerində köməkçi kimi işləyib və ölümünə qədər orada olub. Həmin vaxt onun 15 yaşı var idi.

Azpost.info bildirir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Ruf alman Qızları Federasiyası tərəfindən nasist bunkerində işə götürülüb. O, nasistlərin baş təbliğatçısı Yozef Göbbelsin altı uşağını öldürülməzdən əvvəl görən son şəxslərdən idi. Qız bunkerdəki müşahidələrini kağız parçalarına yazıb və uzun müddət qapalı saxlayıb.

2016-cı ildə Ruf Vieland Giebel ilə tanış olub. Giebel qocalar evində ona baş çəkməyə başlayıb, daha sonra onun köhnə gündəliklərini nəşr edib.

Gibel əlavə edib ki, Rufun xatirələri sui-qəsd nəzəriyyəçilərinin Hitlerin həlak olmadığını, harasa qaçdığı iddiasını təkzib edir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.