Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Açıq Hökumət Platforması Fransada AZTV əməkdaşlarına olan təzyiqi pisləyib

User 30 İyun 2023 - 11:48 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

Azərbaycan Açıq Hökumət Platforması azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalması ilə əlaqədar Bəyanat verib.

Bəyanatda qeyd edilir ki, 28 iyun 2023-cü il tarixində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşları Fransada çəkiliş apararkən təzyiqə məruz qalıb. Təqiblərə şifahi təhqir, zorakılıqla hədələmə və fiziki hədə-qorxu daxildir.

Bu hadisə söz və mətbuat azadlığının açıq şəkildə pozulmasıdır: “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir ki, “hər kəsin fikir və ifadə azadlığı hüququ vardır; bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir”. Söz və mətbuat azadlığı Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və Konvensiya ifadə azadlığı hüququnu təmin edir. Fransa hökuməti bu hadisəni obyektiv şəkildə araşdırmaq və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək vəzifəsini daşıyır”. Azərbaycan Açıq Hökumət Platforması Fransa hökumətini AzTV əməkdaşlarına təzyiq göstərilməsi faktı ilə əlaqədar hərtərəfli və qərəzsiz araşdırma aparılmasına, günahkarların qanun çərçivəsində məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmağa çağırıb: “Söz və mətbuat azadlığı sağlam demokratiya üçün vacibdir. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistlərin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq”.

Post navigation

Previous: Priqojinin “YaRus” sosial şəbəkəsi bağlandığını elan edib
Next: Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.