“İran Rusiyaya PUA-lar vermir”- ABDULLAHİAN

“İran hakimiyyəti Rusiyaya pilotsuz təyyarələr vermir”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri və ABŞ Kiyevi silahla təmin edir.

“Ukrayna münaqişəsi zamanı biz Rusiyaya heç vaxt İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik. Məhz Avropa və ABŞ-ın silah tədarükü daha çox dağıntılara və qırğınlara gətirib çıxarır”, – XİN rəhbəri qeyd edib.

Nazir vurğulayıb ki, Tehran Moskva ilə isti tərəfdaşlıq münasibətlərini saxlayır və ticarət və turizm sahəsində əməkdaşlığı davam etdirir: “Rusiya İran üçün vacib qonşu ölkədir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.