İtaliya ruslara və belaruslara “qızıl viza”ların verilməsini dayandırdı

İtaliya hökuməti Rusiya və Belarus vətəndaşları üçün “Investor Visa for Italy” proqramını dayandırıb.

Azpost.info xəbər verir ki, bu proqrama əsasən, onlar sərmayələr müqabilində ölkədə yaşamaq icazəsi ala bilirdilər.

İtaliya hökuməti məlum qərarın səbəblərini açıqlamayıb.

Yaxın vaxtlara qədər Rusiya və Belarus vətəndaşları İtaliyaya “qızıl viza” ala bilirdilər. Bunun üçün onlar italyan startapına azı 250 000 avro, hər hansı yerli şirkətə 500 000 avro sərmayə qoymalı, xeyriyyəçilik üçün 1 milyon avro xərcləməli və ya ümumi məbləği 2 milyon avro olan istiqrazlar almalı idilər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.