“Bugünkü tarixi sanksiyalar Putinin müdafiə sənayesinə zərbə vuracaq”- Britaniya XİN

“Bugünkü tarixi sanksiyalar Rusiyanın arsenalını daha da kiçildəcək, Putinin müdafiə sənayesinə zərbə vuracaq və bu sənayeni dəstəkləyən təchizat zəncirini daraldacaq”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın bugünkü sanksiyalarını şərh edən xarici işlər naziri Ceyms Kleverli deyib.

“Biz üçüncü tərəflərin silah tədarükünün qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”, – Kleverli qeyd edib.

Qeyd edək ki, Britaniya ayrı-ayrı ölkələrdə Rusiyaya yardım edən hüquqi və fiziki şəxslərə sanksiyalar tətbiq edib. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və İsveçrədən olan şəxslər və şirkətlər də məhdudiyyətlərə məruz qalıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.