Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq və keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, sənədə əsasən, Komitəyə prezident administrasiyasının rəhbəri Anton Vayno rəhbərlik edəcək.
Vaynoya iki ay müddətində Təşkilat Komitəsinin tərkibini təsdiq etmək tapşırılıb. Bundan başqa, Rusiya hökuməti müvafiq xərclər üçün maliyyə təmin etməlidir.
Fərman imzalandığı gündən – avqustun 9-dan qüvvəyə minir.
Azpost.info