“Nüvə başlıqlarının Britaniyaya yerləşdirilməsi Rusiyaya siqnaldır” – Britaniyanın keçmiş komandanı

“ABŞ-ın nüvə başlıqlarını Britaniya torpaqlarına qaytarılması Rusiyaya siqnaldır”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın kimyəvi, bioloji və nüvə müdafiə qüvvələrinin keçmiş komandanı Xemiş de Bretton-Qordon bildirib.

Qordonun fikrincə, Rusiyanın Qərblə münasibətləri müharibə astanasında strateji tarazlıq mərhələsinə çatıb: “Əgər ABŞ Britaniyada nüvə silahı yerləşdirirsə, bu, Rusiyaya onların ciddi olduğuna dair bir mesajdır. Elə bir vəziyyətdəyik ki, qeyri-sabit ölkədəki tiran nüvə silahından istifadə etməklə hədələyir və onu dayandırmağın yeganə yolu cavab verəcəyimizi göstərməkdir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.