Avropa Məhkəməsi sanksiyalara etiraz etməyə çalışan rusiyalı milyarderlər Dmitri Pumpyanski, Gennadi Timçenko, Mixail Qutseriyev və Tiqran Xudaverdyanın iddialarını rədd edib.
Azpost.info xəbər verir ki, qərarlardan şikayət verilə bilər.
Məsələn, Pumpyanskinin iddiası ilə bağlı məhkəmə qərarında deyilir ki, Ukraynaya hərbi müdaxildə birbaşa rol oynamasa belə, ona qarşı sanksiyalar ləğv edilə bilməz. Milyarder iqtisadiyyatın Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyini təmsil edən sektorlarında məşğul olur.
Azpost.info