Kuleba Blinken ilə Kiyevdə “McDonald’s”a getdi –Sərxoş olarkən necə "ayıldığından" danışdı /VİDEO

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə “McDonald’s” restoranında olublar.

Hər iki ölkənin baş diplomatları birgə qəlyanaltı ediblər.

Blinken qızardılmış kartof, Kuleba isə albalı piroqu sifariş edib.

Söhbət zamanı ukraynalı nazir “McDonald’s” haqqındakı xatirələrini Blinkenə danışıb.

“Tələbə vaxtı çoxlu spirtli içki içdiyim günün səhərisi “ayılmaq” üçün səhər yeməklərimi “McDonald’s” restoranlarında yeyirdim. Təbii ki, bu nadir hallarda baş verirdi. Bir dəfə ikiqat çizburger, böyük bir “Coca Cola” aldım. Bu mənim üçün arağın təsirindən “ayılmaq” üçün ən yaxşı səhər yeməyi idi”, – deyə Kuleba bildirib.

Dövlət katibi onun bu sözlərinə gülümsəyərək bildirib ki, onda heç vaxt belə bir şey olmayıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.