“Tanqo” yaxşıdır, amma “Qopak”ı unutmasınlar…”- Putin Blinkenə cavab verdi

“Tanqo” yaxşıdır, amma “Qopak”ı (Ukrayna milli rəqsi) unutmamalıdırlar, əks halda Kiyev rəhbərliyi başqasının çaldığına oynamağa davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatını şərh edərkən deyib.

Blinken Moskva və Kiyev arasındakı danışıqlar haqqında danışarkən “Tanqo” üçün iki nəfər lazımdır” deyib.

Putin əlavə edib ki, Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib, lakin Ukrayna hakimiyyəti bu danışıqları rəsmən qadağan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.