“İlin sonuna qədər Azərbaycanla sülh imzalanması mümkündür” –PAŞİNYAN

İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür, İrəvan bunun üçün bütün lazımi addımları atır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

“Mən həmişə Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna kimi imza atmağı mümkün hesab edirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.