Münaqişə başlayandan bəri 10 milyona yaxın ukraynalı qaçqın Avropa İttifaqına gəlib.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının daxili bazar üzrə komissarı Terri Breton deyib.
O qeyd edib ki, miqrant problemi Aİ-nin bütün ölkələri üçün aktualdır.
“Miqrasiya problemi həm cənubdan, həm də şərqdən hamımıza təsir edir. 10 milyona yaxın ukraynalı qaçqını qəbul etmişik”, – avrokomissar bildirib.
Breton əlavə edib ki, Macarıstan, Polşa və Çexiya da ukraynalı qaçqınları qəbul edir: “Çexiyada onların sayı 440 min nəfərə çatır ki, bu da ölkənin ümumi əhalisinin 4 faizini təşkil edir”.
Azpost.info