Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

User 30 Sentyabr 2023 - 17:31 (Last updated: 21 May 2025 - 20:15)
suni intelekt

Britaniyanın aparıcı neyrocərrahları bildiriblər ki, iki il ərzində süni intellektdən (AI) istifadə edərək beyin əməliyyatı aparılması mümkün ola bilər ki, bu da neyrocərrahiyyəni daha təhlükəsiz və effektiv edir.

BBC telekanalı  xəbər verir ki, təcrübəli cərrahlar daha dəqiq beyin əməliyyatı aparmaq məqsədilə yeni AI texnologiyası ilə işləyirlər. London Universitet Kollecində işlənib hazırlanmış və süni intellekti vasitəsilə keçiləcək əməliyyat kiçik şişləri və beyinin mərkəzindəki qan damarları kimi kritik strukturları aşkar edir. Britaniya hökuməti hesab edir ki, bu metod neyrocərrahiyyə sahəsində mühüm addım olacaq.

Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış yoldan çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən üzüm ölçüsündə olan hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir. O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Britaniya Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının məsləhətçisi, neyrocərrah Hani Markus deyir: “Əgər əməliyyat zamanı kiçik hərəkətlər etsəniz, o zaman şişi kifayət qədər çıxarmamaq riskiniz var. Əksinə, çox böyük sahədə əməliyyat aparsanız, bu, həqiqətən, beyinin vacib strukturlarına zərər verə bilər”.

Süni intellekt sistemi bu tip hipofiz cərrahiyyəsinin 200-dən çox videosunu təhlil edib və 10 ay ərzində cərrahın 10 il qazanacağı təcrübə səviyyəsinə çatıb. “Mənim kimi cərrahlar – hətta çox təcrübəli olsanız belə – süni intellektin köməyi ilə bu sərhədi tapmaq üçün daha yaxşı iş görə bilərlər”, -deyə Markus vurğulayıb. Onun sözlərinə görə, neyrocərrahlar bir neçə ildən sonra hər hansı bir insanın indiyə qədər görmədiyi və ya görə bilmədiyi daha çox əməliyyatı yerinə yetirəcək AI sisteminə sahib ola bilərlər.

AI, eyni zamanda, cərrahları beyinin lazımi nöqtəsinə daha tez yönəldəcək və əməliyyatın hansı mərhələdə olmasını müəyyən edəcək.

Post navigation

Previous: “Yaşıl iqtisadiyyat”-davamlı iqtisadi rifah” layihəsinə yekun vurulub
Next: Oktyabrın 2-dək hava qeyri-sabit keçəcək

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.