Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dəllər dəmiryolu stansiyasının fəaliyyəti bərpa olunub –

User 01 Oktyabr 2023 - 14:54 (Last updated: 21 May 2025 - 20:15)
deller

“Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” QSCdən verilən məlumata görə, bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.

Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”.

İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.

Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.

Post navigation

Previous: Azərbaycan həkimləri Xankəndidə işə başlayıblar –
Next: Tiflisdə radikal erməni qrupu Azərbaycana qarşı yürüş keçirib –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.