ABŞ-ın F-15 qırıcıları Yaxın Şərqdədir- AÇIQLAMA

ABŞ-ın “F-15E” Strike Eagle qırıcıları artıq Yaxın Şərqdədir.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Bölgəyə gələn dördüncü nəsil təyyarələrin sayı açıqlanmır, sadəcə olaraq qeyd olunur ki, söhbət 494-cü Ekspedisiya Qırıcı Eskadrilyasının döyüş təyyarələrindən gedir.

Qırıcıların ABŞ-ın mövqelərini möhkəmləndirmək və Yaxın Şərqdə hava əməliyyatlarını gücləndirmək üçün gətirildiyi vurğulanır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.