“Daha 10 il sanksiyalar altında qalmağa hazırıq”- KREML

“Rusiya hakimiyyəti ölkəni daha 5-10 il beynəlxalq sanksiyalar altında saxlamağa hazırdır”.

Azpost.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Sallivanın Ukraynada müharibə bitdikdən sonra belə Rusiyaya qarşı məhdudiyyətlərin qaldırılmayacağı ilə bağlı bəyanatına belə cavab verib.

“Rusiya onilliklərdir bu rejimdə yaşayır və kifayət qədər uyğunlaşıb. Belə zaman üfüqləri bizi qorxutmur. İqtisadiyyatımızı cilovlamaq cəhdlərinin davam edəcəyini proqnozlaşdırmaq olar”, – Peskov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.