Qəzzadakı xəstəxananı kim vurub: İsrail, yoxsa HƏMAS?- ABŞ kəşfiyyatı AÇIQLADI

ABŞ kəşfiyyatının qənaətinə görə, İsrail ordusu oktyabrın 17-də axşam saatlarında Qəzzada Əl-Əhli xəstəxanasına raket zərbəsi endirməyib. Partlayışa Fələstin ərazisindən atılan raketin nasazlığı səbəb olub.

Azpost.info xəbər verir ki, bunu “The Washington Post” kəşfiyyat məlumatları ilə tanış olan üç ABŞ rəsmisinə istinadən yazır.

Onların sözlərinə görə, zərbənin İsrail silahlarının nəticəsi olmadığına dair yekun qiymətləndirmə iki amilə əsaslanır. Birincisi, zərbənin vurduğu zərər İsrail Müdafiə Qüvvələrinin istifadə etdiyi artilleriya mərmiləri və hava bombaları ilə deyil, raketlə uyğun gəlirdi. Mənbələrdən biri vurğulayıb ki, partlayış yerindən çəkilmiş video və fotoşəkillər yalnız strukturun yüngül zədələnməsini göstərir.

İkincisi, analitiklər dörd yerdən çəkilmiş videoyazılardan istifadə edərək raketin uçuş yolunu izləyiblər. Onlar onun Qəzza zolağından şimal-şərqə atıldığı qənaətinə gəliblər: “On saniyəlik uçuşdan sonra raketin mühərriki nasazlaşmağa başlayıb. Bunu səmada fasilələrlə müşahidə olunan şleyf göstərir. Bir neçə saniyədən sonra bir parıltı gəldi. Bu zaman raketin mühərriki partlayıb. Nəticədə o, istiqamətini dəyişib və havada parçalanıb. Eyni zamanda döyüş başlığı xəstəxana ərazisinə düşüb və partlayıb”.

Bununla yanaşı, ABŞ kəşfiyyatı Fələstin yaraqlıları arasında danışıqları ələ keçirib və onlar İslami Cihad nümayəndələrinin raket buraxılışında iştirak edə biləcəyini qeyd ediblər. Lakin Vaşinqton hesab edir ki, bu, partlayışa görə terrorçu qruplaşmanı günahlandırmaq üçün kifayət deyil.

NBC-yə danışan mənbə vurğulayır ki, Fələstin raketləri tez-tez səhv atəş açır və hədəflərinə çata bilmir: “Dəfələrlə olub ki, onlar Qəzza zolağından uçmayıblar, dənizə düşüblər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.