Qazaxıstanda Matəm Günü elan edilib

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan edilib.

Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin qəbul etdiyi qərarda deyilir.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb.

Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə zamanı xəsarət alan 18 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan Prezidenti bu gün səhər Karaqanda vilayətinə gedib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.