Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik –Nazir Sahil Babayev

Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O bildirib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir.

Nazir qeyd edib ki, amma bu bir mexanizmdir, instrumentdir, hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq.

“Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, dversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdir”, – deyə nazir əlavə edib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.