İsrail HƏMAS-ın 50 girovun müqabilində atəşkəs təklifini rədd etdi

İsrail hakimiyyəti HƏMAS-ın 50 israilli girovun azad edilməsi müqabilində müvəqqəti atəşkəs təklifini rəsmən rədd edib.

Azpost.info xəbər verir ki, bu barədə “Yediot Acronot” qəzeti İsrailin Qətər vasitəçilərinə göndərdiyi rəsmi bəyanata istinadən yazıb.

İsrail girov götürülən ailələrin ayrılmadan tam tərkibdə geri qaytarılmasına israr edir və eyni zamanda Qəzza zolağında saxlanılan bütün ana və uşaqların azad edilməsini tələb edir.

HƏMAS daha çox girovun azad edilməsinə razılıq verərsə, İsrail danışıqlarda çevik olmağa və daha uzunmüddətli atəşkəsə icazə verməyə hazır olduğunu bildirib. İsrail rəsmiləri həmçinin 70-80 girovun azad edilməsini nəzərdə tutan sazişi müzakirə etməyə hazır olduqlarını deyiblər.

“Vaşinqton Post” noyabrın 16-da yazıb ki, HƏMAS beş günlük atəşkəs, Qəzza zolağında humanitar yardımın artırılması və İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və uşaqların azad edilməsi müqabilində ən azı 50 girov qadın və uşağın azad edilməsinə razılaşıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.