Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Epidemioloji vəziyyət nəzarət altındadır

User 18 Noyabr 2023 - 16:30 (Last updated: 21 May 2025 - 20:15)
17003100286081621310_1200x630

Ötən gün TƏBİB Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması barədə məlumat yayaraq görülən profilaktik tədbirlər barədən bəhs etmişdi.

Azərtac-ın əməkdaşı məsələ ilə bağlı rayonda olub, qızılca xəstəliyinin yayılması ilə bağlı araşdırma aparıb, mütəxəssis həkimlərlə görüşüb, valideynlərin fikirlərini dinləyib.

İlkin məlumatlara əsasən bu xəstəliyin simptomları azyaşlılarla yanaşı həm də orta yaş qrupuna daxil olan uşaqlarda aşkarlanıb. Qeyd edilir ki, bu xəstəlik fəslin dəyişməsi, xüsusən qeyri-sabit hava şəraiti ilə bağlıdır. Payız fəsli olmasına baxmayaraq Şimal-Qərb bölgəsində eləcə də Zaqatalada havaların normadan isti keçməsi, tez-tez hava şəraitinin dəyişməsi müxtəlif xəstəliklərin fəsadlar yaratması ilə müşahidə olunur. Oktyabr ayının sonlarından başlayaraq Zaqatala rayon ərazisində qızılca xəstəliyinin yayılması da elə bu əlamətlərlə bağlıdır.

Oktyabrın sonu və noyabrın ilk həftəsi ərzində Zaqatala rayon mərkəzi xəstəxanasına qızılca xəstəliyi ilə bağlı 64 müraciət daxil olub. İlkin araşdırmalarla müraciətlərin daha çoxu rayonun kəndlərindən olunduğu bilinib. Eyni zamanda müraciət edən azyaşlıların əksəriyyəti ümumiyyətlə peyvənd olunmayanlardı.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Nigar Şahmərdanovanın sözlərinə görə ilkin araşdırmalarla o da bəlli olub ki, bu xəstəliyə Zaqatala şəhəri ilə yanaşı rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında da rast gəlinib.

Direktor müavini bildirib ki, rayon mərkəzi xəstəxanasına qızılca diaqnozu ilə daxil olan 64 müraciətdən 19-u stasionar müalicə olunub. Stasionar xəstələrdən 10 yaxşılaşma əlamətləri ilə evə yazılıb. Hazırda 9 pasiyent müalicə alır və vəziyyətləri stabildir. Nigar Şahmərdanova bir tibb işçisi olaraq rayon sakinlərinin, əhalinin nəzərinə çatdırıb ki, əsasən valideynlər uşaqları peyvəndlərdən yayındırmasın, Ailə Sağlamlıq Mərkəzlərinə gələrək bu hüquqlarından səmərəli istifadə etsinlər.

Rayon ərazisində xəstəliyin kütləvi yayılması valideynləri narahat edib. Son günlər bununla bağlı çox sayda insan həkimə müraciət edərək uşaqlarının sağlamlığını bir da müayinə yolu ilə yoxlatdırır.

Rayon sakini İsmayıl Poluşov da sosial şəbəkələrdə qarşılaşdığı xəbərlərdən sonra dərhal nəvəsini həkimə gətirib. Bildirir ki, xüsusən azyaşlılar bu dövrdə ciddi qorunmalı, xəstəliklərə qarşı onlarda immunitet gücləndirici tədbirlər aparılmalıdır.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatalada qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.

Post navigation

Previous: Qazaxıstanda Rusiya telekanallarına çıxışı təmin edən xidmət bloklanıb
Next: Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbə endirilməsi imkanını nəzərdən keçirir. Bu zərbələrin İranın nüvə...
Read more about Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.