“ABŞ yalnız özünün iştirak etmədiyi dövlət çevrilişi cəhdlərini pisləyir”- ZAXAROVA

“Vaşinqton dünya ölkələrində yalnız ABŞ-ın özünün iştirak etmədiyi  dövlət çevrilişi cəhdlərini pisləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Nümunə olaraq o, 2014-cü ildə Qambiyadakı vəziyyətlə bağlı ABŞ-ın bəyanatını göstərib.

“Eyni il Ukraynada baş verən analoji hadisələr isə Ağ Ev tərəfindən pislənməyib. Konstitusiyaya zidd çevriliş cəhdlərini o halda pisləyirlər ki, özləri bunda iştirak etmir. Lakin iştirak etdikləri, dövlətlərin daxili işlərinə qarışdıqları yerlərdə onları qınamağı lazım bilmirlər. Orada yalnız demokratiya və əlaqəli şeylər haqqında danışırlar”, – Zaxarova qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.