“Qərb liderləri elə bilirlər ki, Putin onlarla görüşmədiyi üçün gecələr yata bilmir. Belə düşünmələri yanlışdır. Bu, siyasətin mahiyyətini tam yanlış anlamalarıdır”.
Azpost.info bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban “Mandiner” portalına müsahibəsində bildirib.
Macarıstanın baş naziri xatırladıb ki, son aylarda Putin xüsusilə Səudiyyə Ərəbistanı və Çin liderləri tərəfindən böyük ehtiramla qarşılanıb: “Odur ki, Qərb siyasətçilərinin oynadığı bu oyun – Putinlə görüşməməyin hansısa mənəvi məzmun daşıdığını düşünmələri beynəlxalq siyasətin tamamilə yanlış anlaşılmasıdır”, – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Qərb liderləri hesab edir ki, əgər Putinlə görüşməsələr, o, yuxusuz gecələr keçirəcək, bu dəhşətli mənəvi deqradasiya ilə nə edəcəyini bilməyəcək: “Bu nağıldır, məsələni anlamamaqdır” – deyə Orban vurğulayıb.
“Siyasətin əsasında milyonlarla insan üçün nəticələr və reallıq durur. “Buna görə də, tamamilə ağlasığmaz bir səbəb yoxdursa, həmişə görüşməli, həmişə danışıqlar aparmalı, müəyyən səviyyədə həmişə ünsiyyət qurmalısan ki, münaqişələr bitsin. ” deyə qeyd edib.
Macarıstanın baş naziri əlavə edib ki, bu səbəbdən Qərbin onunla Rusiya prezidenti ilə görüşləri ilə bağlı dedikləri ilə heç vaxt maraqlanmır.
Azpost.info