Türkiyədə zəlzələ olub

Türkiyə Aralıq dənizi sahillərində zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 4 bal gücündə olan zəlzələnin episentri Muğla vilayətinin Fethiye rayonundan təqribən 22 kilometr aralıda, ocağı isə 29,6 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.