Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qırğızıstan-Tacikistan sərhədinin daha 38 kilometri ilə bağlı razılığa gəlindi

Orkhan Ali 16 Yanvar 2024 - 17:18 (Last updated: 21 May 2025 - 20:15)
BFM2XBZ9KXjuJ3giRdw0Hiu-NnIyHkKI

Qırğızıstan və Tacikistanın topoqrafik işçi qrupları dövlət sərhədinin daha 38,35 kilometri ilə bağlı razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İki ölkənin nümayəndələri razılığı yanvarın 10-dan 16-dək Batken şəhərində dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı keçirilən görüşdə əldə ediblər.

“Tərəflər Tacikistan Respublikası ərazisində keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb”, – Nazirlər Kabinetindən bildirilib.

Qırğızıstan-Tacikistan sərhədinin ümumi uzunluğu 972 kilometrdir. 2002-ci ildən 2020-ci ilə qədər ölkələr dövlət sərhədinin 519 kilometrini dəqiqləşdiriblər. 2022-ci ildə ikitərəfli danışıqlardan sonra Qırğızıstan və Tacikistan prezidentləri ümumilikdə 664 kilometrə razılaşdıqlarını təsdiqləyiblər.

Qırğızıstanla Tacikistan arasında sərhədi qeyri-müəyyən olan ərazilər səbəbindən iki ölkənin sərhədyanı ərazilərində vaxtaşırı münaqişələr yaranır və bu münaqişələr dəfələrlə silahlı toqquşmalara çevrilib. Ən böyük silahlı münaqişə 2022-ci ilin payızında baş verib.

Azpost.info

Post navigation

Previous: QMİ sədri Gürcüstan müsəlmanlarının rəhbərini qəbul edib
Next: Mebel sexində partlayışda 16 nəfərin ölməsi barədə məlumatlar əsassızdır

Oxşar xəbərlər

hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06

xƏBƏR

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib. Bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib. Qərara...
Read more about Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.