Rusiya ABŞ və İngiltərə dəniz qüvvələrinin Tehran tərəfindən dəstəklənən Yəmən husilərinə zərbələr endirməsini pisləyib.
Azpost.info xəbər verir ki, husilərin Qırmızı dənizdə gəmiləri atəşə tutması Rusiyanın iqtisadi maraqlarına da zərbə vurur. Ötən həftə husilər Rusiya neftini daşıyan Panama bayraqlı tankerə səhvən raket zərbəsi endiriblər.
“Bloomberg” gəmi izləmə məlumatlarına istinadən yazır ki, mayeləşdirilmiş təbii qaz daşıyan tankerlər Qırmızı dənizdə üzməyi praktiki olaraq dayandırıb.
Ötən cümə günündən bəri Bab əl-Məndəb boğazından (qırmızı dənizin ən çox atəşə tutulduğu cənub girişi) keçən gəmilərin ümumi sayı bir ay əvvəlki eyni dövrlə müqayisədə yarıbayarı azalsa da, LNG tankerlərinin sayı 96 faiz azalıb.
Azpost.info