Rusiya Mərkəzi Afrika Respublikasında 10 min əsgərlik hərbi baza qurur

Mərkəzi Afrika Respublikası (MAR) Rusiyaya 10 min əsgərlik hərbi baza üçün torpaq sahəsi ayırıb.

Azpost.info xəbər verir ki, bunu ölkə prezidentinin müşaviri Fidel Quanjika bildirib.

Onun sözlərinə görə, torpaq paytaxtın yaxınlığında yerləşir və orada artıq kazarmalar var.

“Biz istərdik ki, Rusiya MAR-da öz hərbi bazasını qursun. Hökumət artıq Banqidən 80 km aralıda, beynəlxalq hava limanının olduğu Berinqoda bir sahə ayərəb”, – o deyib.

Quanjika qeyd edib ki, Rusiya kontingenti lazımi infrastruktur hazırlandıqdan sonra bazaya yerləşdirilə bilər.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.