2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Nyu-Cersidəki (ABŞ) “Metlife” stadionunda keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
82,5 min tamaşaçı tutumuna malik arenadakı görüş iyulun 19-da baş tutacaq.
Dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. ABŞ-dan başqa, Kanada və Meksikada da futbolçular kubok uğrunda mübarizə aparacaqlar.
Dünya çempionatının açılış oyunu iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək.
Azpost.info
