KXDR Cənubi Koreyanın işğalı ilə bağlı ssenarini istisna etmir.
Azpost.info xəbər verir ki, bunu Koreya Mərkəzi Xəbər Agentliyi ölkə lideri Kim Çen Ina istinadən yazıb.
“Fövqəladə hallarda onun işğalı ölkəmizin əbədi təhlükəsizliyi, gələcəkdə sülh və sabitlik üçün tədbirdir”, – Şimali Koreya lideri bildirib.
Kim Çen In əlavə edib ki, əgər Şimali Koreyanın düşmənləri güc tətbiq etməyə cəsarət etsə, Pxenyan tarixi dəyişdirəcək cəsarətli qərar verəcək və bütün mümkün vasitələri səfərbər etməkdən çəkinməyəcək.
O qeyd edib ki, silahlı qüvvələr daha da güclənməli və müharibənin qarşısını almaq və sülhü qeyd-şərtsiz qorumaq üçün istifadə edilməlidir.
Azpost.info