“Qarabağda rus sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir, məsləhətləşmələr müntəzəm xarakter daşıyır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, tərəflər bir sıra məsələləri, o cümlədən erməni sakinlərin Qarabağa qaytarılmasını, birgə patrulların təşkilini, tarixi və dini abidələrin mühafizəsini müzakirə edirlər.
“Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim dialoqumuz müntəzəm və konstruktivdir”, – Zaxarova qeyd edib.
Azpost.info