İsrail “Eurovision”dan kənarlaşdırılacaq?- Təşkilatçılar AÇIQLADI

“Eurovision” təşkilatçıları İsrailin bu il mahnı müsabiqəsində iştirakını istisna etməyiblər.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Yayım Birliyindən bildirilib.

Təşkilatın baş direktoru Noel Kurranın sözlərinə görə, müsabiqə siyasətdən kənardır.

“Eurovision” siyasətdən kənar bir musiqi tədbiridir və Avropa Yayım Birliyinin üzvü olan milli yayımçılar arasında rəqabətdir. Bu, hökumətlər arasında rəqabət deyil”, – Kurra deyib.

Qeyd edək ki, fin musiqiçiləri İsrailin müsabiqədə iştirak edən ölkələr siyahısından çıxarılmasını tələb edirdilər. Səbəb kimi İsrail ordusunun Qəzza zolağında hərbi cinayətləri göstərilirdi. Fəallar bu ideyanı dəstəkləmək üçün imzatoplama kampaniyası da təşkil ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.