Avropa İttifaqı ölkələri hərbi istehsalı 20 faizdən çox artırmaq niyyətindədirlər. Mart ayında Avropa Komissiyası Aİ-yə hərbi yardım üçün yeni strategiya təqdim edəcək.
Azpost.info xəbər verir ki, bunu Komissiyanın rəhbəri Ursula fon der Lyayen Münhen Təhlükəsizlik Konfransında bildirib.
Onun sözlərinə görə, avropalı tərəfdaşlar daha çox xərcləməli və döyüş meydanında Rusiyanı qabaqlamaq üçün hər şeyi etməlidirlər.
“Təxminən üç həftə sonra Avropa Komissiyası müdafiə sənayesi strategiyasını təqdim edəcək. Biz daha çox xərcləməliyik və bunu edirik, ötən ildən artım 20 faiz təşkil edir və bundan da çox olacaq”, – Lyayen deyib.
Azpost.info