Navalnının meyitini ailəsinə verməkdən imtina edirlər

Rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı istintaq qeyri-müəyyən müddətə uzadılıb.

Azpost.info xəbər verir ki, bunu Navalnının anası bildirib.

Onun sözlərinə görə, istintaq orqanı oğlunun meyitini verməkdən imtina edir.

“Səhər tezdən Alekseyin anası və vəkilləri morqa gəldilər. Onların içəri girməsinə icazə verilmir. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin meyitinin orada olub-olmadığını soruşduqda işçilər cavab vermirlər”, – Navalnının mətbuat katibi Kira Yarmış deyib.

Rusiya İstintaq Komitəsi bildirib ki, ölümün səbəbi müəyyən edilməyib və qohumlar cəsədi yalnız yoxlama başa çatdıqdan sonra ala biləcəklər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.